Böyük güclər İrana qarşı birləşir: Rutte elan etdi

NATO-nun baş katibi Mark Rutte alyansın İranla mümkün münaqişədə iştirakını tam istisna etmədiyini bildirib.
Avtosfer.az xəbər verir ki, Rutte bunu Ankarada çıxışı zamanı qeyd edib. O bildirib ki, İranın NATO ərazisindən kənarda yerləşməsi alyansın belə bir münaqişəyə heç bir formada cəlb oluna bilməyəcəyi anlamına gəlmir.
Baş katib vurğulayıb ki, İranla yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə, ABŞ-nin Ukraynaya silah tədarükü bundan təsirlənməyəcək. Onun sözlərinə görə, Vaşinqton hər iki istiqamətdə öhdəliklərini eyni vaxtda yerinə yetirmək imkanına malikdir.
Rutte həmçinin bildirib ki, NATO-ya üzv bütün dövlətlər İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğu mövqeyini bölüşür.
O əlavə edib ki, NATO sammitində alyans ölkələrinin yanacaq təminatının gücləndirilməsi ilə bağlı qərar qəbul olunub./globalinfo
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











