Braziliyada COVID-19 xəstələrinin sayı 1,1 milyonu ötdü

Braziliyada son bir gündə koronavirusa yeni 21 432 yoluxma qeydə alınıb. Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib. Nazirliyin məlumatına görə, ölkədə koronavirusa yoluxanların artmaqda davam edir. Qeyd edilir ki, təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 1 milyon 106 min 470 nəfərə çatıb.
Ölkədə indiyə qədər koronavirusa yoluxmuş 571 649 insan sağalıb. Bildirilir ki, hazırda daha 483 550 nəfər həkim müşahidəsi altındadır.
Son məlumatlara görə, ölkədə ümumilikdə 51 271 insan pandemiyanın qurbanı olub. Cənubi Amerikanın bu ölkəsində təhlükəli infeksiyadan ölüm faizi 4,6% təşkil edir. Səhiyyə Nazirliyi son 24 saatda yeni 654 ölüm qeydə alıb.
Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb. Cənubi Amerika ölkəsi həmçinin pandemiya qurbanlarının sayına görə də dünyada ikinci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. ("Report")
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA












