BTQ-yə maraq niyə artır?

Koronavirus (COVID-19) pandemiyası dövründə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük daşımalarına marağın artdığı hiss olunur. Bu baxımdan Türkiyədən daşımalar xüsusilə qeyd olunmalıdır.
Məsələn, bu il aprelin 18-də qonşu ölkənin istehsal etdiyi məhsulları daşıyan 940 metr uzunluğunda, 82 konteynerdən ibarət yük qatarı tərəfdaş ölkələrə doğru yola düşüb. Mayın 4-də isə Türkiyədən Gürcüstana rekord uzunluğa (1 050 metr) malik qatar yola salınıb. Qatar 100 konteynerdən ibarət olub. İyunun 18-də isə "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC BTQ ilə yeni növ yüklərin nəqlinə başlayıb.
Avtosfer.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşəd Həsənov dəmir yolu xəttinə marağın artmasını təbii sayır, amma o, hesab edir ki, layihəni daha da rəqabətqabiliyyətli etmək lazımdır: "BTQ-nin potensialının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Artıq Qazaxıstan və Türkmənistan limanlarından Bakının Qaradağ rayonunun Ələt qəsəbəsindəki Yeni Bakı limanına yükdaşıma ilə bağlı biznes subyektləri arasında sazişlər var. Bununla belə, dəmir yolu xəttinin rəqabətqabiliyyətliliyinin daha da artırılması istiqamətində əlavə addımların atılmasına ehtiyac var”.
Onun fikrincə, BTQ-nin Azərbaycan hissəsində qatarların sürətini artırmaqla və daşıma tariflərinə yenidən baxmaqla dəmir yolu xəttini daha cəlbedici etmək olar: "Nəzərə almaq lazımdır ki, yük daşımaları üçün ənənəvi marşrutlar var, bu istiqamətdə yanaşmaları dəyişmək üçün müəyyən qədər vaxt və daha peşəkar təqdimat lazımdır. Həmçinin daşımaların sürətinin artırılmasına, tariflərə yenidən baxılmasına ehtiyac var. Ümumiyyətlə, pandemiyanın geniş yayılması daha ehtiyatlı daşıma vasitələrindən istifadə üçün çağırış formalaşdırıb".
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS











