Bu aeroportlarda yoxlama zamanı bəzi məhdudiyyətlər aradan qaldırılıb

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) hava limanında təhlükəsizlik yoxlaması zamanı ayaqqabıların çıxarılması tələbini ləğv edib. Bu tələb təxminən iki onillik ərzində mövcud olub.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın iki hava limanı – Birminhem və Edinburq hava gəmilərində mayelərin daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün ilk icazəni alıb. Sərnişinlərə təyyarədə iki litrə qədər maye olan qabları təyyarəyə aparmağa icazə verilir.
Məhdudiyyətlərin yumşaldılması çox vaxt sərnişin axınına maneəyə çevrilən yoxlama prosedurunu sürətləndirmək və bununla da hava limanlarının kommersiya fəaliyyətinə potensial olaraq müsbət təsir göstərə biləcək aeroportların səmərəliliyini artırmaq məqsədi daşıyır.
Sərnişinlərin ayaqqabılarının skan edilməsi tələbi 2006-cı ilin avqustunda tətbiq edilib; TSA bunu ayaqqabıda partlayıcı maddələrin daşınması “təhdidinin sübutu” ilə izah edib.
“Texnologiyada irəliləyişlər və aviasiya təhlükəsizliyinə səmərəli yanaşma sayəsində biz əminik ki, təhlükəsizliyin ən yüksək standartlarını qoruyaraq bu dəyişiklikləri edə bilərik”, – deyə TSA-nın daxili təhlükəsizlik direktoru Kristi Noem bildirib. Yeni siyasət indi bütün ABŞ hava limanlarında qüvvədədir.
Böyük Britaniyada Birminhem və Edinburq hava limanları hökumətin onlara rentgen baqajını skan edən avadanlığı quraşdırması şərti ilə maye daşınması məhdudiyyətlərindən imtina etmək üçün yaşıl işıq yandırdığını elan edib. Edinburq aeroportundan bildirilib ki, “iki litrə qədər qablarda olan mayelər əl baqajında aparıla bilər”.
Böyük Britaniya Nəqliyyat Departamenti tibb sahəsində istifadə olunan cihazlara bənzər CT skanerlərini quraşdıran hava limanlarının maye məhdudiyyətlərindən imtina edə biləcəyini bəyan edib. İndiyədək yalnız iki hava limanı müvafiq icazə alıb.
2006-cı ilin avqustunda Böyük Britaniya hökuməti ABŞ və Böyük Britaniya arasında transatlantik uçuş həyata keçirən təyyarəni partlatmaq üçün maye partlayıcıdan istifadə etməklə planlaşdırılan terror aktının qarşısını aldığını elan etmişdi. Bunun ardından hər iki ölkədə nəqliyyat təhlükəsizliyi tədbirləri artırılmışdı.
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR










