Bu gün metronun üç stansiyasının iş vaxtı bir saat uzadılacaq

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
“Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
Klubun müraciəti və oyuna marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişik edib. Bununla əlaqədar olaraq, oyunun keçiriləcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, habelə “Nəriman Nərimanov” və “28 May” stansiyaları noyabr ayının 25-dən 26-na keçən gecə saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlər mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Futbol oyununun başlanma vaxtı ərəfəsində “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Stansiyanın yerləşdiyi ərazidə keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə müvafiq işlər görüləcək.
Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirləri görüləcək.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










