Bu gün şəhid Rəşad Rəhimovun doğum günüdür - FOTO

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn “Azərpoçt” MMC-nin əməkdaşı Rəşad İlqar oğlu Rəhimovun doğum günüdür.
“Azərpoçt”dan Avtosfer.az-a verilən məlumata görə, bu münasibətlə şəhidin ailə üzvləri, dostları və iş yoldaşları məzarını ziyarət edib. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Bildirilib ki, Rəşad Rəhimovun vətənə böyük sevgisi olub. Torpaqlarımızı azad görmək arzusu ilə yaşayıb. Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşüb.
Qeyd edək ki, Rəşad İlqar oğlu Rəhimov 16 iyul 1985-ci ildə Tərtər şəhərində anadan olub. 2006-cı ildə Ali məktəbi bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə daxil olub və kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Zabit və tağım komandiri kimi xidmət göstərib. 2008-ci ildə ehtiyata buraxılıb. 2010-2011-ci illərdə Hərbiləşdirilmiş Mühafizə İdarəsində, 2011-ci ildən isə “Azərpoçt” MMC-də fəaliyyət göstərib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərək vəzifə borcunu şərəflə yerinə yetirən Rəşad Rəhimov Zəngilan, Qubadlı, Şuşa istiqamətlərdə gedən döyüşlərdə şücaət göstərib.
Rəşad Rəhimov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Foto
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO












