Bu il Bakıya gətiriləcək 320 sərnişin avtobusunun istehsalına başlanılır - FOTO

Prezident İlham Əliyevin vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidməri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar Türkiyənin “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır. Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli adı çəkilən şirkətin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.

Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək.
Görüşdə birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Bakıda avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki, onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq gələcəkdə BMC markalı avtobusların ehtiyyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.
Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirilib. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verilib.

9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcək. Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır. Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.
Ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır. Sərnişindaşımalara yatırılan sərmayə və düzgün yanaşma sayəsində həmçinin ötən beş ildə paytaxtımızda keçirilən mötəbər beynəlxalq tədbirlərin nəqliyyat əməliyyatlarının uğurlu icrası, elektrik kəsintisi və digər fövqəladə hallar, eləcə də davam etməkdə olan pandemiyada ictimai nəqliyyatın dayanaqlılığı tam təmin olunub.




Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










