Bu il yanan maşınlara görə ölkəyə 2 milyon manatdan çox ziyan vurub - RƏSMİ AÇIQLAMA

Oktyabrın 22-si Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və DİN Baş Dövlət Yol Polisi İdarəsinin iştirakı ilə “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev, Baş DYP İdarəsinin rəsmisi Mübariz Ağayev, AYNA-nın İdarə Heyəti sədrinin müavini Natiq Dadaşov, daşıyıcı şirkətlərin əməkdaşları və media nümayəndələri iştirak edib.
FHN-nin Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Cəmil Xudiyev bildirib ki, istər şəxsi avtomobil sahiblərinin, istərsə də daşıyıcılara məxsus nəqliyyat vasitələrində təhlükəsizlik qaydalarının pozulması yanğına səbəb olur:

"Yanğın hadisələrinin baş vermə səbəbi kimi qəzalarla yanaşı texniki istismar qaydalarının pozulmaları üstünlük təşkil edir. Əməkdaşlarımız nəqliyyat müəssisələrinin ərazilərində, qarajlarında, nəqliyyat vasitələrinin özündə yoxlamalar aparır.
2025-ci ilin ötən dövrü ərzində 271 maşın yanıb. 1 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Hadisələr nəticəsində ümumilikdə 2 milyon 282 min 435 manat ziyan dəyib. Son 5 ildə 1689 maşın yanıb. Bu say rəsmi şəkildə qeydiyyata alınan yanğınlardır. Tormozlamadan, digər səbəblərdən tüstülənmənin yaranması halları yanğın faktı kimi qeydiyyata alınmayıb.
1151 yanğın hadisəsi texniki istismar qaydalarının pozulması, istehsalçının tələblərindən kənara çıxılması, sistem nasazlığı səbəbindən baş verib. 434 yanğın faktı isə qəsdən yandırma və digər səbəblərdən baş verib. Yanacaqdoldurma məntəqələrinin əvvəllər normativ texniki aktı qəbul olunmamışdı. Bu gün isə artıq elektrikdoldurma məntəqələri ilə bağlı da normativ texniki akt qəbul edilib. Bu sahədə fəaliyyət göstərən sahibkarları bu aktla bağlı məlumatlı olmağa çağırırıq".
Səfər
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












