Bu şəxslərə rayonlardan Bakıya gəlməyə icazə verildi — Operativ Qərargah - VİDEO

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərərgah Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabat şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib. Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək. Həmçinin, ümumlikdə ölkəmizdə karantin rejimi avuqst ayının 1-nə qədər uzadılıb. Avtosfer.az xəbər verir ki, bu müddət ərzində respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakıya girişinə məhudiyyətlər qoyulub.
Amma xüsusi icazəsi, xəstəliyi olan şəxslər icazəni təsdiq edən sənədi göstərərək, paytaxtda daxil ola bilərlər. Lakin rayonlardan Bakıya avtobusların işləməməsi, taksilərin isə “qiymət oxuması” onların Bakıya gəlməsində problemlər yaradır.
Bəs, bu problemin aradan qalxması üçün rayonlardan Bakıya ekspress avtobus xəttlərinin təşkili nəzərdə tutulurmu?
Məsələ ilə bağlı açıqlama verən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, paytaxta gəlmək istəyən vətəndaşlar üçün ekspress avtobusların təyin edilməsi gözlənilmir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












