Bu xəstəlik koronavirusdan ölüm riskini 12 dəfə artırır

Şəkər xəstəliyi koronavirusdan ölüm riskini 12 dəfə artıra bilər. Bu barədə məlumatı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri yayıb.
Bildirilib ki, koronavirusa yoluxmuş diabetli insanların digər xəstələrlə müqayisədə 6 dəfə daha çox xəstəxanaya yerləşdirilməyə ehtiyac olur. Bununla belə koronavirusa yoluxanlar üçün diabet ürək-damar xəstəliklərindən sonra ikinci ən riskli xəstəlikdir.
San-Fransiskonun Kaliforniya Universitetinin alimləri qeyd ediblər ki, şəkər xəstəliyi bir sıra daxili orqanların fəaliyyətinə mənfi təsir edir və böyük sayda ağırlaşmalara yol açır. Bunlar böyrək xəstəlikləri, insult, miokard infarktı, amputasiyayadək çatan əl-ayağın innervasiyası, həmçinin gözün zəifləməsidir. Ən ciddi ağırlaşma isə immun sisteminin təsirinin azalmasıdır.
Araşdırmaçılar diabetli insanları mütəmadi olaraq onları müalicə edən həkim və sosial işçilərlə əlaqə saxlamağa çağırır, habelə qanda şəkərin yüksəlməsi kimi təhlükəli olan hipoqlikemiyanın (qanda şəkərin normal həddən az olması) yaranma ehtimalına nəzarət etməyi tövsiyə edirlər. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











