"Bulvara çıxışlar məhduddur, dayanacaqlar arasındakı məsafə azaldılmalıdır" - EKSPERT

Bakıda son bir ildə şəhər mobilliyində ciddi dəyişikliklər müşahidə olunur. Yeni avtobus və velosiped zolaqlarının yaradılması insanların nəqliyyat vərdişlərinə də təsir göstərib - getdikcə daha çox sakin fərdi avtomobildən imtina edərək ictimai və alternativ nəqliyyat vasitələrinə üstünlük verir.
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlama verib.
Ekspert bildirib ki, mobilliyin inkişafı yalnız nəqliyyat vasitələrinin artması ilə ölçülməməlidir - piyadaların hərəkət rahatlığı da əsas prioritetlərdən olmalıdır:
"Bizim səkilərimiz hansı vəziyyətdədir? Dayanacaqlar arasındakı məsafə nə qədərdir? Dayanacaqdan düşüb qarşı tərəfə keçmək üçün nə qədər yol getməliyik? Bunların hamısı qısa məsafədə olmalıdır ki, insanlar daha rahat hərəkət edə bilsinlər."
Rauf Ağamirzəyev qeyd edib ki, Füzuli küçəsində qaydalara əməl edərək bulvar istiqamətinə hərəkət etmək mümkün deyil, çünki piyada zolaqları məhduddur, bəzi yollar isə bariyerlərlə əhatə olunub.
"Bizim şəhərdə dünyanın ən gözəl bulvarlarından biri var, amma təəssüf ki, ora piyadaların çıxışı o qədər də əlverişli deyil. Bulvar boyu dayanacaqların sayı da artırılmalıdır."
Ekspertin sözlərinə görə, İslam Səfərli küçəsinin piyadalaşması zamanı da Qış parkına eynisəviyyəli keçidyaradılmalıdır ki, insanlar rahat şəkildə həmin əraziyə daxil olub çıxa bilsinlər.
Ağamirzəyev hesab edir ki, bu cür dəyişikliklər həyata keçirildiyi təqdirdə, şəhər sakinləri piyada olmağa daha çox üstünlük verəcək və şəhərin ümumi mobillik səviyyəsi xeyli artacaq.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












