Bulvarda yerimək çətindir – Yeni təmir olunan hissələrdə də döşəmələr dağılır - VİDEO

Dənizkənarı Milli Park vətəndaşların istirahət üçün üz tutduğu gözəl məkanlardan biridir. İnsanlar dəniz mənzərəli bu parkda asudə vaxtlarını dəyərləndirir. Lakin Bakı bulvarında döşəmələrin bərbad vəziyyətdə olması bir çox vətəndaşı narazı salır. Bu barədə vətəndaşlardan biri Avtosfer.az-a videolar göndərib.
Görüntülərdə park ərazisindəki döşəmələrin altının boş olması, hətta bir çoxunun qırılması aydın əks olunub. Bu da insanların rahat və təhlükəsiz hərəkəti üçün problem yaradır. Belə ki, altı boş olduğu üçün hərəkət edən döşəmələr insanların büdrəməsinə səbəb olur. Həmçinin qırılan döşəmələr xüsusilə də əlil və uşaq arabası ilə hərəkət edənlər üçün maneədir.
Yağışlı havalarda isə döşəmələrin altına yığılan kirli su vətəndaşların üzərinə sıçrayır. Döşəmələrin qırılan hissələri azyaşlılar üçün də təhlükədir. Ən əsası isə uşaqlar oyun oynayarkən bu qırılan daş parçalarını bir-birinə atır.
Qeyd edək ki, həm köhnə, həm də yeni döşənən ərazilər görüntülərdə əks olunub. Təəssüf ki, hər iki yerdə döşəmələr eyni vəziyyətdədir. Görüntülərin bir hissəsi bulvarın tən ortasında – Saat qülləsinin yanında, digər hissəsi isə bulvarın Bayıl qəsəbəsinin qarşısındakı hissəsində qeydə alınıb. Bu problem illərdir mövcuddur və kosmetik işlər görülsə də, vəziyyət dəyişmir.
Məhəbbət Tərlanoğlu
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












