Buz bağlayan yollar - SİYAHI

Hazırda Bakı şəhəri üzrə buz bağlayan yolların siyahısı açıqlanıb.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, paytaxtda əksər küçə və prospektlərdə yollar qardan təmizlənib:
“Hazırda işlər davam etdirilir. Polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Mərkəz istiqamətində olan küçə və prospektində vəziyyət normaldır”.
“20 Yanvar körpüsü, “Şamaxınka dairəsi”, Ziya Bünyadov prospekti, Tbilisi Prospekti, Günəşli və Yasamal rayonu ərazisində buzlaşma var. Bu istiqamətlərdən keçmək istəyənlər sürücülər sürət həddinə fikir verməli, ara məsafəsini qorumalıdırlar”, - deyə V.Əsədov əlavə edib.
Şöbə rəisi sürücülərə də müraciət edib:
“Enişli-yoxuşlu, sərt döngəli yollarda sürüşmə ehtimalı yüksəkdir. Manevr edən zaman diqqətli olsunlar. Texniki cəhətdən nasaz olan maşınlar avtomobil yollarında yol-nəqliyyat hadisələrin yaşanmasına şərait yaradır. Şəxsi avtomobildən istifadə edən sürücülər yol nişanlarının tələblərinə riayət etsinlər”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












