Çatdıra bilmirlər: Hər gün maaşlarından 10 AZN kəsirlər
Gündəm
29 Aprel 2022 19:15

“Bolt Food” kuryerlərinin qara günləri başlayıb.
Özbaşınalıq hökm sürür. Əmək Məcəlləsinin tələbləri pozulur. İqtisadiyyat Nazirliyi məsələyə əncam çəkməlidir. “Bolt Food” yemək çatdırılma xidmətinin kuryerləri daşıma xidmətinin qiymətinə etiraz edirlər. Çatdırılma fəaliyyəti ilə məşğul olan işçilər hətta aksiya keçirməyi də planlaşdırıblar. Yürüşə çıxanlar çantalarına “Qiymətlər qalxmayana qədər işləməyəcəyik” şüarı yapışdırmalıdırlar. Eyni zamanda mobil applikasiyasını bağlayaraq, işə çıxmayacaqlar. Daha sonra daşıma xidmətinin qiymətinin aşağı olmasına etiraz edən kuryerlərin işdən çıxarıldığı bildirilib. Qeyd edək ki, aprelin 21-də isə “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının aşağı olması ilə əlaqədar sosial şəbəkələrdə etiraz ediblər. Bildirilib ki, şirkət ödənişi son 2,5 il ərzində 2 manatdan 1.60 manata salıb. Nəzərə alsaq ki, kuryer kimi çalışanlar arasında ailə başçıları, tələbələr var, etirazlarını haqlı hesab etmək olar. Hazırda gündən-günə kuryer xidmətindən yararlananların sayı artır. Belə olduğu halda, daha çox işçiyə ehtiyac olur. Kuryer əməkdaşlar isə onlara edilən ödənişlərin qənaətbəxş olmadığını bildirirlər. Narazılıq edənləri də işdən çıxarırlar. Bəs, onlar ailələrini necə saxlasın?! Tələbələr sırf valideynlərinə yük olmasınlar deyə gündüzlər oxuyub, gecələr kuryer fəaliyyəti ilə məşğul olurlar. Amma o əziyyətlərinin qarşılığında qazandıqları məvaciblər ürəkaçan deyil. Başqa bir problem isə bəzən kuryerlərin yemək çatdırılma zamanı motosiklet və velosipeddən istifadə edərkən yol hərəkəti qaydalarına riayət etməməsidir. Sonda isə bədbəxt hadisələrin yaşanmasına şahid oluruq. Nəqliyyat məsələləri üzrə ekspert, "avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında bildirib ki, kuryer xidməti ilə bağlı problemlər demək olar ki, ya "Wolt"da, ya da "Bolt Food"da çıxır: "Bəzi şirkətlər kuryerləri sifariş çatdırılması zamanı tələsdirirlər. Məcbur edirlər ki, qidanı, əşyanı müştəriyə yarım saat ərzində çatdırmasalar, əmək haqlarından 10 AZN tutulur. Ona görə də onlar naçar qalaraq, yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar, qəzalar baş verir. Neçə əməkdaşı maşın vurub, öldürüb. İndi də qiymətlərlə bağlı şirkətlərin özlərinin açıqlamasına görə, Ramazan ayı olduğu üçün çox sifariş yoxdur. Bu səbəbdən qiymətləri aşağı salıblar". Ekspert diqqətə çatdırıb ki, bütün hallarda bu sahədə ciddi boşluqlar var: "Özbaşınalıq hökm sürür. Əmək Məcəlləsinin tələbləri pozulur. İqtisadiyyat Nazirliyi məsələyə əncam çəkməlidir. Orada işçilərin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər görülməlidir. Əmək qanunvericiliyinə uyğun, əməkdaşlarla müqavilə bağlanmalıdır. Rəsmi şəkildə işçi kimi tanınmalıdırlar. Onlara da konkret ödənişlər müəyyənləşdirilməlidir. Verilən maaşın necə və kimin istəyi əsasında hesablandığını da aydınlaşdırmaq lazımdır. Hazırda təəssüf ki, Bolt Taksi, Uber Taksi xidməti, "Wolt" və "Bolt Food" kuryer fəaliyyəti yalnız insanları istismar etməklə məşğuldur. Məsələyə birdəfəlik son qoyulması üçün dövlət qurumları mütləq müdaxilələr etməlidir. Kiminsə maraqları yox, dövlətin qanunu bərqərar olmalıdır".
Oxunub : 1668
DİGƏR XƏBƏRLƏR
27 Avqust 2026 16:11
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
27 Avqust 2026 15:30
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
27 Avqust 2026 14:48
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
27 Avqust 2026 11:00
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
27 Avqust 2026 08:48
Bu yollarda TIXAC VAR - SİYAHI
26 Avqust 2026 18:30
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
26 Avqust 2026 16:48
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
26 Avqust 2026 14:11
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
26 Avqust 2026 13:48
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
26 Avqust 2026 12:00
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
26 Avqust 2026 11:00
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
26 Avqust 2026 08:48
Bakının tıxaclı yollarının SİYAHISI
ŞƏRH YAZ










