Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür
Gündəm
23 Avqust 2020 00:06

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsinin ildönümüdür. Avtosfer.az xəbər verir ki, işğaldan 27 il ötür.
Ərazisi 1 050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib. Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.
Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2 000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.
Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.
1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139 393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125 368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var.
Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1 100-dən artıq şəhid verib, 1 450 rayon sakini əlil olub.
Oxunub : 3340
DİGƏR XƏBƏRLƏR
4 May 2026 11:41
Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ
3 May 2026 18:08
Maşını səs-küylə sürənlərin nəzərinə - Bunu bilirsiniz?
3 May 2026 17:26
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO
3 May 2026 16:30
Bəzi avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ
3 May 2026 15:00
Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" - VİDEO
2 May 2026 21:00
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
2 May 2026 18:48
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
2 May 2026 18:24
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
1 May 2026 23:06
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
1 May 2026 22:12
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
1 May 2026 21:27
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
1 May 2026 20:51
Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ
ŞƏRH YAZ








