Cəfər Cabbarlı stansiyasının tikilişində nöqsanlara yol verilib? - AÇIQLAMA
Gündəm
12 İyul 2021 20:10

Cəfər Cabbarlı stansiyasının tikintisi sovet dövrünün başa çatması və müstəqillik əldə etdiyimiz ilk dövrlərə təsadüf edib. Bu barədə oxu.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, adıçəkilən stansiya tikildiyi dövrdə nöqsanlara yol verildiyini qeyd edib: “Ümumiyyətlə bu stansiyanın xüsusiliyi Xətai-Cəfər Cabbarlı mənzili ilə bağlıdır. Burada məkik hərəkət təşkil olunur. Sovet dövründə inşaatda verilmiş nöqsanlar, eyni zamanda bu stansiyanın ağır geoloji şəraitdə yerləşməsi, həmçinin metropoliten üçün vacib olan havalandırma sisteminin zəif olması stansiyanın infrastrukturunda əksini tapıb.
Stansiyada işlər mərhələli şəkildə aparılırdı. Əsas məqsəd də sərnişinlərin hərəkətinə mane olmamaq, onların hərəkətini və təhlükəsizliyini optimal qaydada təmin etməkdir. Bu gün artıq stansiyanın bir yolunda işləri tamamlama mərhələsindəyik. İki stansiya yolunda təmir tikinti işləri texniki tələblərə və normativ qaydalara uyğun olaraq aparılmalı olduğu üçün hazırda 1 yol açılır, digər yol bağlanır. Təmirə açılan yolda yol infrastrukturu tamamilə yenidən qurulub, ağac şpallar yerinə dəmir-beton bloklar tətbiq olunub. Artıq bu üsuldan yeni inşa edilən stansiyalarında da tətbiq olunur. Stansiyanın bir yolunun istismar müddəti uzadılmaqla sərnişinlərin ixtiyarına verilməyə tam hazırdır”.
Oxunub : 1408
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
ŞƏRH YAZ












