Cəlilabad karantin qaydalarını pozaraq qanunsuz ov edən şəxs saxlanılıb - FOTO

Karantin qaydalarını pozmaqla qanunsuz ov edən Cəlilabad sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq qurulmuş postlardan birində xidmət apararkən bir qədər aralıda, rayonun Hamarqışlaq kəndi ərazisində bir nəfər şəxsin avtomobilini yol kənarında saxlayaraq ov silahından atəş açdığını müəyyən ediblər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşdıqda onun həmin ərazidə qanunsuz ov edən Cəlilabad şəhər sakini Valeh Babayev olduğu məlum olub. Eyni zamanda yaşayış yerini müvafiq icazə olmadan tərk etməklə karantin qaydalarını pozan həmin şəxsdən 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı 18 ədəd çöl quşu aşkarlanıb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Namiq Musayev

Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












