Cəlilabadda ara küçələrə giriş-çıxış bağlandı - SƏBƏB NƏDİR? -VİDEO

Cəlilabadda Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb. Küçə sakinləri evlərinə getmək üçün iki-üç kilometr əlavə yol qət etməli olurlar. Bəs ara yolların bağlanmsına səbəb nədir?
Əsas prospekt təmir olunarkən ara küçələrə giriş-çıxış bağlanıb. Bura Cəlilabad rayon mərkəzində Səttarxan küçəsidir. Küçə sakinləri iddia edirlər ki, yeni Ələt-Astara magistral yolu istifadəyə veriləndən sonra Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb. Vətəndaşlar deyirlər ki, əvvəllər bu döngələrin hər birinin Heydər Əliyev prospektinə çıxışı olub. Sonradan bu çıxışlar bağlanıb. Onlar prospektdən təxminən 50 metr məsafədə yerləşən evlərinə bir neçə kilometr əlavə yol gedərək çatırlar. Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu addım piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Heydər Əliyev prospekti avtomobillərin intensiv hərəkət etdiyi yol olduğundan və prospekt yeni Ələt-Astara magistralına çıxdığından Səttarxan küçəsinin bütün döngələri bağlanıb. Yalnız alternativ yolu olmayan döngələrin çıxışları açıq saxlanıb.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










