Cəlilabadda karantini pozan sürücü saxlanıldı

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıqlara məhəl qoymayan, karantin rejiminin tələblərini pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhərinin girişində yaradılmış stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, o, bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.
Şəhər ərazisində həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanıldığı zaman sürücü və həmin vaxt avtomobildə olan 3 nəfər sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətiriliblər.
Onların Biləsuvar sakinləri Y.Şahmarov, İ.Abdullazadə, F.Əlizadə və R.Quliyev olduqları, hər 4 şəxsin karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib.
Barələrində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib və 2-si barədə inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunublar.
Namiq Musayev
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA












