Cəlilabadda koronaviruslu xəstələrin əşyaları çölə-bayıra atılır? - Rəsmi REAKSİYA

Mətbuatda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında koronavirusdan müalicə alan şəxslərin də istifadə etdiyi əşyaların xəstəxanın həyətinə atılması ilə bağlı görüntülər yayılıb. Eyni zamanda bildirilir ki, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb və xəstəxana işçiləri bu addımın nə üçün atıldığını bilmir.
İcra Hakimiyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova görüntülərin həqiqəti əks etdirmədiyini deyib: "Bəlkə də yayılan görüntülər montajdır. Çünki xəstələrin istifadə etdiyi ləvazimatlar xüsusi tullantı yerinə xüsusi işçilər vasitəsilə göndərilir. Yəni mümkün deyil ki, həmin əşyalar çölə-bayıra atılsın".
Qeyd edək ki, koronavirusun əşya üzərində yaşama müddəti bir neçə saatdır və həqiqətən də bu əşyalar necə gəldi ətrafa boşaldılarsa, real təhlükə yarada bilər. (Modern.az)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












