Cəlilabadın 9 kəndində internet problemi yaranıb

Cəlilabad rayonunun 9 kəndinə telefon xəttlərinin çəkilməməsi sakinlərin həm də internetdən istifadəsini məhdudlaşdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, rayonun bir sıra kəndlərində telefon xətləri bərbad vəziyyətdə olduğu üçün istifadəsi mümkün deyil: "Bu problem bir neçə ildir ki, davam edir. Rayonun Astanlı, Fərzili, Zopun, Abdullu, Suluçeşmə, Cəfərli, Cünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndlərinin ümumilikdə 5 000-dən çox əhalisi olsa da, cəmi 70-ə yaxın evə telefon və internet xətti çəkilib. Həmin xətlər də qırılaraq tökülüb. İnternet də demək olar, yox vəziyyətindədir". Problem ilə bağlı "Aztelekom" MMC-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz ediləcək: "MMC-nin Cənub Regional Filialının xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda 9 000-ə yaxın istifadəçi tutumlu şəbəkə üzərindən sakinlərə rabitə xidmətləri göstərilir. Sözügedən rayonda yeni yaşayış massivlərinin salınmasını və sakin artımını nəzərə alaraq burada telekommunikasiya infrastrukturunun yenilənməsi işlərinə başlamışıq. Hazırda GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik layihə tətbiq edilən ərazilərdə köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz edilir".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












