Cənubi Qafqaz Boru Kəməri ilə daşınan qaz həcmi açıqlandı

2020-ci il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 47 milyon dollar, əsaslı xərclər isə 13 milyon dollar olub.
“BP Azərbaycan”dan verilən məlumata əsasən, 2020-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,8 milyon kubmetr olub.
Boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKŞ) sərmayədarları bunlardır: BP (28,8 faiz), TPAO (19 faiz), AzSCP (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz).
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












