Ceyhun Bayramov: “Azərbaycanla İtaliya arasındakı əməkdaşlığın 30 ildən daha dərin kökləri var”

“Azərbaycan ilə İtaliya arasındakı əməkdaşlığın tarixi 30 ildən daha dərin köklərə malikdir”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Çoxşaxəli strateji tərəfdaşlığa doğru Azərbaycan-İtaliya yolu” adlı konfransda deyib. O, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bu il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb. Nazirin sözlərinə görə, ölkə liderlərinin qarşılıqlı səfərləri Azərbaycan və İtaliya arasında əməkdaşlığı daha da gücləndirib. C.Bayramov qeyd edib ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə şirkətləri fəaliyyət göstərən ilk ölkələrdən biridir. XİN başçısı həmçinin ölkələr arasında ticarət əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda italyan dili tədris olunur və İtaliya-Azərbaycan Universitetinin tikintisi ilə bağlı yeni saziş sayəsində bütün lazımi sahələr orada tədris olunacaq.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












