Çində yanacağın topdan və pərakəndə satış qiymətləri bahalaşıb

Dünyanın ikinci ən böyük neft məhsulları istehlakçısı olan Çində bu il ilk dəfə benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri bahalaşıb. Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, iyunun 29-dan benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 120 yuan (17 ABŞ dolları) və 110 yuan (15,5 dollar) artırılıb. Bahalaşmaya səbəb dünya bazarında xam neftin qiymətinin artmasıdır.
Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə dəyişərsə və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada endirir və ya artırır. (Azərtac)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












