Çindən gələn ilk konteyner qatarı Azərbaycana çatdı

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çinin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçəcək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı Çinin Şixezi şəhərindən iyulun 28-də çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Qatarın avqustun 3-də səhər saat 10:00 radələrində bərə ilə Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması gözlənilir.
Qeyd edək ki, sınaq konteyner qatarının Azərbaycan ərazisinə çatması ilə əlaqədar qarşılama mərasimi olacaq.
Onu da əlavə edək ki, sözügedən qatar 82 ədəd 20 tonluq konteyner daşıyır və daşınan yük kaustik sodadır.
“Bu qatarların əhəmiyyəti ondan ibarətdir ki, yüklərin daşınma müddəti Çindən Ələt limanına qədər 6 gün təşkil edəcək”, - deyə, N.Əzməmmədov qeyd edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












