Çindən gələn yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salınıb

İyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən və 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb.
Avtosfer.az bu barədə quruma istinadən xəbər verir.
Qeyd olunub ki, 6 saat davam edən yükaşırma əməliyyatdan sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.
Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü Ady Container MMC-dir.
Qeyd edək ki, bu Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaqdır.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA














