Çingiz Qənizadədən Vidadi İsgəndərliyə: "Vicdanın olmadığına görə ona and içirsən " - VİDEO

"Vidadi İsgəndərli, sənə səslənirəm. Bəs bunları ermənilər etməyibsə, kim edib? Vicdanına and içirsən ki, ermənilər bizə heç nə etməyib. Əgər o vicdan səndə varsa... Mən belə hesab edirəm ki, o şey səndə olmadığına görə ona and içirsən".
Avtosfer.az xəbər verir ki, bu sözləri açıqlamasında sabiq deputat, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə, azərbaycanlı mühacir Vidadi İsgəndərlinin ermənilərin işğalçılıq siyasətini dəstəkləyən çıxışına münasibət bildirərkən deyib.
"Bu gün mətbuatda xaricdə oturub Azərbaycana və Azərbaycan hakimiyyətinə düşmən kəsilən, "sapı özümüzdən olan bəzi baltaların" fikirləri ilə tanış oldum. Birinci növbədə qeyd edim ki, Vidadi İsgəndərli vicdanına and içir ki, ermənilər bizə heç bir pislik etməyiblər. Mən bunu təbii ki, təəccüblə və dəhşətlə qarşıladım. Bəs bizim torpaqlarımızın işğalı, Qarabağımızın işğalı, 30 mindən yuxarı verdiyimiz şəhidlər, Xocalıda baş verənlər? Qadınlarımızın, uşaqlarımızın, yaşlılarımızın kütləvi şəkildə məhv edilməsi, bir gecədə 632 nəfər Azərbaycan vətəndaşının məhz azərbaycanlı olduğuna görə öldürülməsi, 1278 nəfərin əsir və girov götürülməsi... Vidadi İsgəndərov, sənə səslənirəm. Bəs bunları ermənilər etməyibsə, kim edib? Vicdanına and içirsən ki, ermənilər bizə heç nə etməyib. Əgər o vicdan səndə varsa... Mən belə hesab edirəm ki, o şey səndə olmadığına görə ona and içirsən. Siz siyasi hakimiyyətə rəqib ola bilərsiniz, müxalif ola bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz. Amma milli məsələdə, dövlət məsələsində, milli maraqlar məsələsində, torpaq məsələsində sən necə ermənilərin yanında ola bilərsən? Təəssüflər, çox təəssüflər. Xalq sizin kimiləri heç vaxt bağışlamayacaq" - deyə Ç.Qənizadə bildirib.
Sabiq deputat bu həssas məqamda Azərbaycana qarşı olan, erməniləri dəstəkləyən və mühacirətdə yaşayan bəzi qüvvələrin bir mərkəzdən idarə olunduğunu vurğulayaraq, Vidadi İsgəndərlidən savayı, Sevinc Osmanqızı və keçmiş səfir Arif Məmmədova da səslənib:
"Eyni zamanda, mən sanki bir mərkəzdən idarə olunan ABŞ-da olan Sevinc Osmanqızına səslənirəm. Bəs sizin atanızı, Osman Mirzəyevi kim qətlə yetirib? Bir fikirləşin. Hətta Qarabağ məsələsində belə hakimiyyəti günahlandırmaq bu Allahsızlıqdır. İnsanlar öz etirazlarını bu və digər formada bildirirsə, Avropada onların bu etirazına qarşı ermənilər güc və zor tətbiq edirsə, burada günahı Azərbaycan hakimiyyətində axtarmaq lazımdı, ya ermənilərin vəhşiliyində? Eyni zamanda, Arif Məmmədov yenə də Avropada baş verən hadisələrdə Azərbaycan hakimiyyətini gümahlandırmağa çalışır. Siz hamınız bir mərkəzdən idarə olunursunuz və siz hamınız bu dövlətə düşmən kəsilməklə bütün körpüləri qırmısınız. Azərbaycan xalqı sizin kimiləri heç vaxt bağışlamayacaq".
Xatırladaq ki, mühacirətdə yaşayan bəzi azərbaycanlılar, o cümlədən Vidadi İsgəndərli sosial şəbəkələr vasitəsilə Ermənistanın terrorçu və işğalçılıq siyasətinə haqq qazandıran açıq fikirlər səsləndiriblər. Həmin materialla buradan tanış ola bilərsiz.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











