COVID-19-a təkrar yoluxan şəxs xəstəliyi necə keçirir?

"Avqustun 24-də Honkonqda 33 yaşlı şəxsin ikinci dəfə koronavirus infeksiyasına yoluxması barədə məlumatlar yayılıb. Amma bu, hələ ki elmin immunitetlə bağlı gəldiyi son nəticə deyil".
Bunu "Report"a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, hələ ilk dəfə mart ayında koronavirusa yoluxan 33 yaşlı şəxsdə boğaz, baş ağrıları, öskürək və yüksək temperatur olub və onda COVID-19 virusu təsdiqlənib:
"Həmin şəxs avqust ayında İspaniya səfərindən qayıtdıqdan sonra onda yenidən COVID-19 virusu tapılıb. Amma xəstənin ilkin yoluxmasından fərqli olaraq bu dəfə heç bir simptomları olmayıb. Sadəcə qan analizi zamanı infeksiyanın olduğu göstəricilər müəyyənləşib. Eyni zamanda müəyyənləşib ki, həmin şəxsin mart ayında yoluxduğu virus tipi ilə avqustda yoluxduğu virus tipi müxtəlifdir. O, seroloji müayinədən keçib və qanında anticisim tapılmayıb. Bu da xəstəliyi daha əvvəl də yüngül keçirməsindən irəli gələ bilər. Bu, hələ elmi olaraq tam sübut edilməyib".

Azərbaycanlı alim xatırladıb ki, COVID-19-dan sağalmış şəxslərin bəzi hallarda yenidən yoluxma ehtimalı hələ bir müddət əvvəl deyilib:
"Amma təkrar yoluxma olsa belə bu, ilk yoluxma kimi ağır keçmir. Bununla yanaşı, bu hadisə bütün insanların virusa təkrar yoluxacağının sübutu deyil. Ona görə də düşünürəm ki, geniş elmi tədqiqatların aparılmasına ehtiyac var. Bu tədqiqatlar bütün dünyada aparılmalıdır".
Tibb elmləri doktoru koronavirusa təkrar yoluxmanın sübut ediləcəyi təqdirdə peyvəndə ehtiyac olub-olmaması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. O qeyd edib ki, artıq təkrar yoluxma xəbərindən sonra peyvənd mövzusu aktuallığını azaldır:
"Bunu hər kəs bilməlidir ki, onsuz da peyvəndin insanı virusdan tam qorumasına hələ ki, 100 faiz zəmanət verilmir. Amma peyvənd tətbiqindən sonra virusa yoluxma zamanı ağır kliniki gedişlərdən qorunmaq təmin olunarsa, bu, səhiyyə sistemləri üçün kifayət edəcək və böyük kömək sayılacaq".
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi










