COVID-19 əleyhinə vaksinin klinik sınaqları barədə məlumat yayıldı

Kuba SARS-CoV-2 koronavirus əleyhinə vaksininin klinik sınaqlarına gələn həftə başlayacaq. Sınaqlar 2021-ci ilin əvvəllərinə kimi davam edəcək. Dövlət Vaksin İnstitutu tərəfindən hazırlanmış vaksin SOBERANA 01 adlanacaq və əzələdaxili daxil olaraq iki dozada tətbiq ediləcək.
19-80 yaş intervalına aid 676 nəfərin iştirak edəcəyi klinik sınaqlar iki mərhələdə keçiriləcək, onlardan birincisi 24 avqust bazar ertəsi günü başlayacaq.
Dövlət mərkəzi vaksin tədqiqatının başa çatmasını 11 yanvar 2021-ci il tarixinə təyin edib, tədqiqatın nəticələri fevralın 1-də açıqlanacaq və həmin ayın 15-də dərc ediləcək.
Kuba böyük biotexnologiya və əczaçılıq sənayesinə malikdir, bu da öz növbəsində ona meningit, ağciyər xərçəngi (terapevtik) və digər xəstəliklər əleyhinə vaksinləri hazırlamağa imkan verdi.
COVID-19 ilə əlaqədar yeni vaksinin klinik sınaqlarının elan edilməsi əsasən Havana və ətraf rayonlarda xəstəliyin bəzi yayılma hallarının mövcud olduğu vaxt - virusun nəzarət altına alındığı güman edildiyindən sonra baş verir.
Kubada yoluxanların sayı - 3408, ölənlərin sayı isə – 88 nəfər təşkil edir. (AZƏRTAC)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












