COVID-19 virusuna qarşı milyonlarla doza peyvənd sifariş verildi

İngiltərə ilə İsveçin birgə “AstraZeneca” əczaçılıq kompaniyası Böyük Britaniya hökumətinin sifarişi əsasında koronavirusa qarşı 30 milyon vaksin dozasının istehsalına başlayıb.
Bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok deyib. “Biz artıq “AstraZeneca” əczaçılıq kompaniyası ilə 30 milyon vaksin dozasının istehsalı üzrə müqavilə bağlamışıq və onlar peyvənd hələ təsdiqlənməmiş sifarişin istehsalına başlayıblar”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, peyvəndin istifadə edilməsi təsdiqlənən kimi Böyük Britaniya onu bazara çıxarmağa hazır olacaq. Bu, ən yaxşı halda cari ildə və gələn ilin ilk bir neçə ayı ərzində baş tutacaq. Bununla yanaşı, Mett Henkok Londonun digər beynəlxalq istehsalçılardan da vaksin aldığını təsdiqləyib.
Qeyd edək ki, “AstraZeneca” və Oksford Universitetinin COVID-19 infeksiyası əleyhinə hazırladıqları müştərək peyvənd hələ də Böyük Britaniya, Braziliya və Cənubi Afrika Respublikasında klinik sınaqlardan keçir.
“AstraZeneca” kompaniyası, həmçinin avqust ayında koronavirusun profilaktikası və müalicəsi üçün nəzərdə tutulmuş preparatın klinik sınaqlarına başlayıb. Sınaqlarda 18-55 yaşarası 50-yə yaxın könüllü iştirak edir. Ümumilikdə isə dünyada COVID-19 virusuna qarşı 100-dən çox vaksin üzərində iş aparıldığı bildirilir. (AZƏRTAC )
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











