COVİD-19 xəstələrinə "SMS icazə" verilmir - Səhiyyə Nazirliyi

Azərbaycanda COVİD-19 virusuna yoluxan şəxslərin evdən çıxmasının qarşısını almaq üçün yeni üsul tətbiq edilir. Bu barədə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, hər hansısa bir vətəndaşın COVİD-19-a yoluxması təstiqlənərsə, bu barədə dərhal icaze-e.gov.az portalına məlumat verilir: "Bu şəxs barədə məlumatlar dərhal həmin portal tərəfindən nəzarətə götürülür. Bundan sonra həmin şəxs evdən çıxmaq üçün portala müraciət edərkən ona evdən çıxmağa icazə verilmir. Bununla yanaşı, COVİD-19 xəstəsindən iltizam da alınır ki, həmin şəxs müalicə müddətində evdən çölə çıxmayacaq. Əgər həmin şəxs müalicə müddətində yaşayış yerini tərk edərsə, onun barəsində qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülür və şəxs məsuliyyətə cəlb edilir. Çünki COVİD-19 xəstəsi müalicə müddətində yaşayış yerini tərk edərsə, başqasını yoluxdura bilər. Buna görə də həmin şəxsin evdən çıxması qadağandır".
N.Seyidov bildirib ki, hazırda ev şəraitində müalicə olunan şəxslərin sayı çoxluq təşkil etmir: "Hazırda evdə müalicə olunan COVİD-19 xəstələrinin sayı azdır, ümid edirəm ki bundan sonra ümumiyyətlə olmayacaq. Amma COVİD-19-a yoluxmuş adam nəzərə almalıdır ki o evdən çıxmaqla bu virusu daha tez yaya bilir. Bununla bağlı hüquq-mühafizə orqanları da tədbirlər görür. Bu tip xəstələrin evdən çıxması qanun pozuntusu və xüsusilə başqalarının hüquqlarını pozmaqdır".
İşçi qrupu üzvünün dediyinə görə, hazırda evdə müalicə olunan COVİD-19 xəstələri simptomsuz və yüngül xəstələrdir: "Həmin xəstələr ərazi poliklinikaları tərəfindən mütəmadi nəzarətdə saxlanılır, onların müalicəsinə xüsusi diqqət yetirilir. Ona görə də həmin şəxslərin evdən çölə çıxması qadağan edilib". (Trend)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












