Dabaqla bağlı peyvəndləmə işlərinə başlanıldı - FOTO

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST/WOAH) birgə məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, məlumatda dabaq (Foot-and-Mouth Disease–FMD) xəstəliyinin əsasən Cənubi Afrika üçün xarakterik olan SAT-1 (Southern African Territories) serotipinin son aylarda Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edildiyi bildirilib.
Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması rəsmi təsdiqini tapıb.
Bu səbəbdən FAO və ÜHST tərəfindən müvafiq ölkələrə biotəhlükəsizlik, monitorinq və peyvəndləmə tədbirlərinin gücləndirilməsi, həmçinin xəstəliyə qarşı erkən xəbərdarlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə edilib.
Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin həmin serotipinə qarşı əlavə peyvənd alınıb və aidiyyəti qurumlar ilə razılaşdırılmaqla profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb.
Bildiririk ki, peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Artıq peyvənd vasitəsinin müəyyən hissəsi ölkəmizə gətirilib və sərhədboyu ərazilərdə dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləmə işlərinə başlanılıb. Həyata keçiriləcək profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısını almağa xidmət edir.
AXA FAO və ÜHST tövsiyələri nəzərə alınmaqla epizootik sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və peyvəndləmə tədbirlərinin operativ həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO












