Dağıstan rəhbərindən İlham Əliyevə tarixi hədiyyə - FOTO

Prezident İlham Əliyev dekabrın 6-da Rusiyanın Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlət başçısı, eyni zamanda, bildirib ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğuladı, eyni zamanda, bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd edib.
Dövlət başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlət başçısı Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.
Sonra xatirə şəkilləri çəkdirilib.
Daha sonra Azərbaycan Prezidentinə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtılə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.
Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.



Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO










