Azərbaycanda 3 422 sahibkarlıq subyektində sanitar-epidemioloji tələblər pozulub

Mayın 22-dən iyunun 22-dək 7 855 sahibkarlıq subyektində monitorinq keçirilib və 3 422 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
İqtisadiyyat Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 20-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Arzu market”də, “Dönər-bura”da, Kərim Manafova məxsus “Zərgərlik emalatxanası”nda, Yasamal rayonunda “Xəzər mebel”də, “Salıoğlu” mağazasında, Xətai rayonunda Amalya Əlimovaya məxsus “Oyuncaq mağazası”nda, Asif Şahnəzərova məxsus “Çay evi”ndə, Səbail rayonunda “Breno mağaza”da, Mirkamran Salahova məxsus “Bərbər” xidmət obyektində, Sabunçu rayonunda “Samir market”də, Cəlil Əmirəhmədova məxsus “Xırdavat” mağazasında, Nizami rayonunda “Ləzzət dönər”də, “Çinarlı kafe”də, “Kafe dostlar”da, Elşən Mirzəyevə məxsus “Şaurma”da, Aydın Məmmədova məxsus “Ət mağazası”nda, Rizvan İsgəndərova məxsus “Market”də, Gəncə şəhərində “Elit Kosmetika” mağazasında, "Lider M" MMC-yə məxsus “Merkuriy” xidmet obyektində, Lənkəran rayonunda “Limon Market”də, “Ruslan Market”də, İlham İbayevə məxsus “Ərzaq mağazası”nda, Şamaxı rayonunda “Yarpaq Dönər”də, “Sarvan Market”də, Zərbalı Qədirova məxsus “Avtoehtiyyat hissələrinin satışı”, Fərid İskəndərova məxsus “Qapı satışı” mağazalarında, Füzuli rayonunda “Al Market”də, “Oba Market”də, “Sədərək Ucuzluq” qarışıq mallar mağazasında, Bərdə rayonunda “Eurolux” elektronika mallarının satışı mağazasında, Xaçmaz rayonunda "Quba təndiri" çörək istehsalı müəssisəsində, Sabir Quliyevə məxsus “Un mağazası”nda, ümumilikdə monitorinq keçirilmiş 309 obyektdən 137-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, zəruri qayda və tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










