Daha iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar bağlanan 2-ci Alatava küçəsi yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a "Azəryolservis"in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təmir işləri nəticəsində küçənin 6 750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.
Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsi ilə “Şamaxinka” adlanan ərazi arasında yerləşir.
Digər təmir olunan yol Ziya Bünyadov prospekti ilə Hüseyn Seyidzadə küçəsi arasında yerləşən Eldar Babayev küçəsidir. 1 100 metr uzunluğunda, 10 metr enində olan küçənin mövcud asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Küçənin 11 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Artıq bu küçə də təmirdən sonra sürücülərin ixtiyarına verilib.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO














