Daha təhlükəli ştammlar yarana bilər - ÜST

"Koronavirus pandemiyası hələ başa çatmır və COVID-19-un yeni daha təhlükəli ştammları yarana və yayıla bilər".
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komitəsinin bəyanatında yer alıb.
Bəyanatda deyilir ki, milli, regional və qlobal səylərə baxmayaraq, pandemiya hələ baş çatmır. Həmçinin bildirilir ki, pandemiya inkişaf etməyə davam edir və qlobal olaraq narahatlıq doğuran 4 variant üstünlük təşkil edir. Bununla yanaşı, komitə yeni və daha təhlükəli ştammların yarana və dünya üzrə yayıla biləcəyi ilə bağlı yüksək ehtimalların olduğunu qəbul edib. Qeyd olunur ki, bu ştammlara nəzarət etmək də çətin olacaq.
ÜST-nin məlumatına görə, son sutka ərzində dünyada 516 528 nəfər koronavirusa yoluxub. Bununla da, dünyada koronavirus infeksiyasına ümumi yoluxanların sayı 188 128 952 nəfər təşkil edib. Pandemiya dövründə 4 059 339 nəfər virusdan dünyasını dəyişib, 3,4 milyarddan çox insan isə peyvənd olunub.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












