Daşkəsəndə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTO

Mayın 10-da Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Maarif Hüseynov, polis şöbəsinin rəisi Seymur Əfəndiyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Faiq Vahabov və rayon ictimaiyyətinin nümayəndələri Daşkəsən şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər.
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev – Vüqarlı bu haqda Avtosfer.az-a bildirib.
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında Əhəd Abıyev bu sözləri deyib:
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Məqsədimiz Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdir. Bu gün Daşkəsəndə yüksək ruh yüksəkliyi ilə keçirilən belə aksiyaların davamlı olacağı nəzərədə tutulur”.
Daşkəsən rayon İcra hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları, YAP fəalları və şəhid Elməddin Vəkilovun anası Nərgiz Vəkilovanın təşəbbüsü ilə şəhid valideynləri və qazilər də bu aksiyaya qoşularaq ağac əkiblər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI























