Dayanacaqlarda XAOTİK DURUM: Monitor işləmir, terminal kart götürmür - VİDEO

Bakıda nəqliyyatın intelllektual idarəetməsinə keçməsindən sonra avtobus dayanacaqları dəyişdirildi. Müasirləşdirilən dayanacaqlara monitorlar da yerləşdirildi ki, sərnişinlərin işi bunun sayəsində asanlaşsın.
Avtosfer.az xəbər verir ki, gözlənilənlər heç də özünü doğrultmayıb. Belə ki, vətəndaşlar uzun müddətdir ki, dayanacaqlardakı monitorlardan ən yaxşı halda güzgü kimi istifadə edirlər.
Bu sözləri "REAl TV"-yə açıqlama zamanı paytaxt sakinləri də təsdiqləyiblər. Onlar bir ağızdan deyiblər ki, monitorlar fəaliyyətini heç bir halda görmürlər. Halbuki monitorlar sərnişinlərə marşrutların getdiyi yol və gəlmə vaxtları ilə bağlı geniş məlumat verməli idi. Bunun üçün kifayət qədər pul vəsaiti də xərclənmişdi.
Bakıda dayanacaqlarda mövcud olan acınacaqlı durum təkcə monitorlarla bitmir. Belə ki, dayanacaqalrın bəzisində sərnişinlər üçün oturacağa rast gəlinmir. Digər tərəfdən ödəmə terminallarının da bəzisinin fəaliyyətsizliyi diqqətdən yayınmır.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI











