Dəhşətli qəza törədən idmançının vəziyyəti ağırlaşıb - FOTOLAR

Avqustun 2-də Bakının Sabunçu rayonunda baş verən dəhşətli yol qəzası zamanı ağır xəsarət alanlardan biri, "Lexus" markalı avtomobilin sürücüsü İsgəndər Qasımovun vəziyyəti ağırdır. Bu barədə movqe.az-a danışan zərərçəkmiş sabah onurğa sütünundan əməliyyat olunacağını bildirib. İ.Qasımov xəstəxanada bütün xərcləri özü ödədiyini, indiyədək polisin ondan izzahat almadığını söyləyib: "Mənimlə heç kəs maraqlanmır. Hadisəni törədənin yaxınları mənimlə bir dəfə də olsun maraqlanmayıb ki, ölmüsən, qalmısan? Başıma tikiş qoyulub, sabah əməliyyat olunmalıyam. Bütün xərcləri özüm ödəyirəm. Respublika Diaqnostika Mərkəzindəyəm. Nə hadisəni törədənin yaxınları mənimlə maraqlanır, nə dəki, polis".
Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Asəf Məmmədov bildirib ki, faktla bağlı cinayət işi açılıb, hazırda istintaq davam edir: "Yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var. Hadisə zamanı iki nəfər ölüb, 6 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən sürücünün özünün də vəziyyəti ağırdır, hazırda xəstəxanadadır. Onlar xəstəxanadan çıxdıqdan sonra ifadələri alınacaq. Biz cinayət işini başlatmışıq, zərərçəkənlər məhkəmə tibbi ekspertizasından keçdikdən sonra onların xəsarətlərinin dərəcələri müəyyənləşəcək".
Xatırladaq ki, avqustun 2-də "Lexus”, "Land Rover” və ZAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus ZAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü A.Hüseynov yanıq xəsarətləri ilə hadisə yerində ölüb. Qəzada yaralanan 11 yaşlı Hüseyn Hüseynov aldığı xəsarətlərdən xəstəxanada keçinib. Qəza zamanı yaralanan daha iki azyaşlının müalicəsi isə davam etdirilir.
Xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A.Hüseynovun nəvəsidir.
Məlumata görə, qəzaya səbəb olan sürücü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. Hazırda o, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır. Baş verən qəzadan sonra sürücünün qaçmasına gəlincə, əslində Fəqan Umudov hadisə yerindən qaçmayıb. Bu barədə Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi, Fəqan Umudovun yaxın dostu Mamed Abdullayev bildirib. Mamed Abdullayevin sözlərinə görə, əslində Fəqan Umudov deyildiyi kimi avtomobili 200 ilə yox, 140-150 km sürətlə sürürmüş. "Bu qəza hamının başına gələ bilər. Qəflətən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı Fəqan başından ağır yaralanıb. Lakin hadisə yerindən qaçmayıb. Kimliyi barədə polisə məlumat verib və sonradan onu xəstəxanaya aparmışıq. Hadisə barədə xəbər tutan kimi oraya ilk mən getdim. Şəxsən özüm onu xəstəxanaya aparmışam. Əslində Fəqan məmur övladı deyil. Azərbaycanı tanıdan idmançıdır. Mən həm öz adımdan, həm də federasiya adından qəzada həlak olanların ailələrinə başsağlığı verirəm", - deyə Mamed Abdullayev bildirib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar














