Daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, sabahdan 62 nömrəli marşrut xətti (Sabunçu d/st. - N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xətai rayonu üzrə Neapol 32, N.Tusi küç.137, N. Tusi 294Q, S.Ə.Şirvani küçəsi ünvanlarında, Sabunçu rayonu üzrə Əsildar Məmmədəliyev 76, Kişvəri Dilməqani 11, Sabunçu qəsəbəsi - Şəhər şosesi ünvanlarında, Nizami rayonu üzrə Qara Qarayev pr. 102, Əzim Əzimzadə 34/64, Azər Manafov küç., Qara Qarayev 89, Qara Qarayev pr.1 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS- terminallar quraşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












