Dəmir Yollarının törəmə şirkəti yeni növ yüklərin nəqlinə başlayıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb.
Bu barədə MMC-dən verilən məlumatda bildirilib. Qeyd olunub ki, Azərbaycanın ixrac potensialının artırılmasına yönəlmiş növbəti layihənin gerçəkləşdirilməsində bir sıra yeniliklər tətbiq edilib. Yeniliklər həm yük növünə, həm də seçilən marşruta aiddir:
"Bu dəfə ADY Express “SOCAR POLYMER” MMC-nin istehsal etdiyi polipropilen məhsulu Qazaxıstana nəql edib. Əvvəlki daşımalardan fərqli olaraq, marşrut Xəzər dənizi vasitəsi ilə yox, Rusiya ərazisindən keçib. Belə ki, ADY Express şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstanın Almatı və Kokşetau şəhərlərinə çatdırılıb. Yeni marşrutun əsas üstünlükləri, sürət və nəqliyyat növünün dəyişməməsi olub. Test rejimində nəql olunan yüklərin ilk partiyası artıq təyinat nöqtəsinə çatdırılıb. Uğurla keçən nəqliyyat prosesi, layihənin davamlı olacağına əminlik yaradıb".
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










