Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda dəmir yolunun yarısına qədər uzanan hasar diqqət çəkib.
Sosial şəbəkələrdə paylaşılan foto geniş müzakirələrə səbəb olub. İddialara görə, foto Gəncədə lentə alınıb.
Şərhlərdə sosial şəbəkə izləyiciləri məsələyə ərazi üzrə icra hakimiyyətinin, eləcə də Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin münasibət bildirməməsini qınayıb.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova mövzuya münasibət bildirib.
Qurum sözçüsü sosial şəbəkə üzərindən verdiyi açıqlamada nə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını qeyd edib.
O bildirib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur:
“Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir. "Azərbaycan Dəmir Yolları"nın balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır”. (oxu.az)
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












