Deputat: Belə çətin vaxtda dövlət qurumlarımız, nazirliklər və təşkilatlar bir-birindən ayrı ola bilməzlər

Azərbaycanda orduya dəstək məqsədi ilə müxtəlif qurumlar və təşkilatlar tərəfindən dəstək aksiyalarına başlanılıb. Sözügedən aksiyaların birində işlənmiş və istifadəyə yararsız təkərlər toplanaraq cəbhə bölgəsinə yola salınır.
Belə dəstək aksiyalarından biri də Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən “Hər şey vətən üçün” aksiyasıdır. Aksiya çərçivəsində Agentlik “Baku Bus” MMC-nin, eyni zamanda digər daşıyıcıların istehsalat bazasında olan işlənmiş təkərləri toplayaraq, cəbhə bölgəsinə yola salır. Bugünə qədər qurum tərəfindən 31 yük avtomobili ilə 12600-dən artıq təkər cəbhəyə göndərilib.
Avtosfer.az xəbər verir ki, orduya dəstək üçün həyata keçirilən aksiyalarla bağlı açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, cəbhədə baş verən hadisələrdə bütün dövlət qurumları bərabər idilər və bir-birlərinə dəstək göstərirdilər. Belə çətin vaxtda dövlət qurumlarımız, nazirliklər və təşkilatlar bir-birindən ayrı ola bilməzlər.
Millət vəkili təkərlərin səngərlərdə mühüm material olduğunu da vurğulayıb:
“Adətən kisələrə qum və torpaq dolduraraq onları səngərlərə qoyurlar. Çünki qum güllənin qarşısını alır, onu soyudur və qumdan güllə keçə bilmir. Adi avtomat gülləsi 15 sm-lik sementi dəlib-deşir, lakin 20 sm-lik qumu keçə bilmir. Təkər də gülləni soyudan materialdır. Təkərlərin içərisinə qum yığdıqdan sonra səngərdə yerləşdirilir və kisələri əvəz edir. Bəzən isə təkərləri yandırmaqla dronların hansısa mövqeni müəyyən etməsinin qarşısı alınır”.
A.Abbas bildirib ki, BNA tərəfindən təkərlərin göndərilməsi ilə bağlı həyata keçirilən bu addımlar qurumun orduya, cəbhəyə, əsgərə dəstəyidir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











