Deputatdan əhaliyə çağırış: “Karantin rejimini pozmaqla kiminsə qatilinə çevriləcəyik”

Koronavirus pandemiyası ilə əlaqədar iyunun 21-i saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasında mövzu ilə bağlı danışarkən deyib ki, karantin rejiminin uzadılması insanların komfortunu poza bilər.
Millət vəkili əlavə edib ki, sərt karantin rejimi həm də ən çox dövlət üçün narahatlıq yaradır.
“Sərt karantin rejimi dövlət üçün də ciddi problemdir. Amma dövlət məcburiyyətdən bu addımı atır. Bilirsiniz ki, xüsusi karantin rejimi zamanı Azərbaycanda koronavirusa yoluxma halı gündəlik 25-ə enmişdi. Amma indi üç rəqəmlidir”, - deyə B.Məhərrəmov bildirib.
Deputat hesab edir ki, dövləti narahat edən məqam yoluxma dinamikasının sürətlə artmasıdır:
“İspaniya, İtaliya, İran təcrübəsi var. Bilirsiniz ki, bu ölkələrdə koronavirusa yoluxma minlərlə insanın ölümünə səbəb oldu. Bütün bunların fonunda Azərbaycan dövlətinin addımları başadüşüləndir”.
Parlamentari əhalini səbirli, dözümlü olmağa çağırıb.
“Ortada hüquqi və əxlaqi məsələlər də var. Karantin rejiminə əməl etməməklə təkcə qanunu pozmuruq, eyni zamanda burada mənəvi öhdəlik də yaranır. Başa düşməliyik ki, biz karantin rejimini pozmaqla, həm də kiminsə qatilinə çevriləcəyik”.
Qeyd edək ki, Azərbaycanda 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












