Deputatdan velosipedlərə nömrə verilməsi ilə bağlı AÇIQLAMA: “Ayaqqabılara da nömrə qoyub..."
Gündəm
5 Dekabr 2022 18:50

“Velosipedlərə qeydiyyat nişanlarının verilməsinin əleyhinəyəm. Belə çıxır ki, ayaqqabılara da gələcəkdə nömrə qoyub, harasa gedək. Velosiped motorsuz alətdir, minik vasitəsidir. Heç saatda 40-50 kilometrdən artıq sürəti də yoxdur. Adətən velosipedlər üçün xüsusi yollar salınır. Avropada, Çində, Hindistanda velosipedlərdən kütləvi şəkildə istifadə olunur. Belə çıxır, biz xüsusi reyestr xidmətləri açmalıyıq ki, nə qədər insan nömrələrin qeydiyyatı ilə məşğul olsun...” .
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
“Belə hadisə də olmayıb ki, kimsə velosipedlə qəza törədib, qaçıb aradan çıxa. Velosiped nə qəza törədəcək ki? Uzaq başı sürən şəxs özü zərərçəkmiş ola bilər. Velosipedlərə nömrə verilməsi artıq qanunun ucuzlaşmasına gətirib çıxarar, buna ehtiyac yoxdur, doğru hesab etmirəm. Mopedlər xırda motorlarla təmin olunub, daxili yanma mühərrikinə əsaslanıb, sürəti çoxdur, mopedlə müəyyən qəzalar da törədə bilirlər. Ona görə də mopedlərlə velosipedlərin müqasisəsini də doğru hesab etmirəm...”, - T.Kərimli bildirib.
Oxunub : 3448
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
15 Oktyabr 2026 17:16
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
15 Oktyabr 2026 15:18
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
ŞƏRH YAZ












