Deputatdan viruslu xəstələr üçün dərmanların tapılmamasına sərt REAKSİYA

TƏBİB-in tövsiyəsinə əsasən, yüngül formada koronavirus xəstələri poliklinika həkimlərinin müalicəsi və nəzarəti ilə evlərdə müalicə olunmalıdır. Hətta poliklinikalar TƏBİB tərəfindən müalicə sxemi - protokolu ilə təmin edilib. Təəssüfedici məqam isə apteklərdə bu dərmanların heç birinin tapılmaması ilə bağlıdır.
Belə olan halda, xəstələr necə müalicə olunmalıdır?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı məsələyə sərt münasibət bildirib: “Bu gün ölkəmizdə koronavirusa qarşı çox yüksək səviyyədə mübarizə aparılır. Əlbəttə, dünyanın heç bir ölkəsi bu epidemiyaya hazır deyil. Bizim ölkədə bu məsələ möhtərəm Prezidentimizin və möhtərəm Birinci vitse-prezidentin hər an diqqətində idi. İlk günlərdən bütün istiqamətlərdə kompleks tədbirlər həyata keçirilir. Son vaxtlar xəstəliyə yoluxmanın və ölüm hallarının artması tendensiyası bəzilərinin əlinə fürsət verib. Belə ki, hər zaman fürsətdən mənfəət qazanmağı sevən möhtəkirlər bu dəfə də TƏBİB-in müalicə üçün tövsiyə etdiyi bu dərmanları qəhətə çıxarıblar.
Həqiqətən də yuxarıda qeyd edilən dərmanları apteklərdən əldə etmək demək olar ki, mümkün deyil”.
Məlahət İbrahimqızı bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini də qeyd edib: “Bir halda ki, koronaviruslu yüngül xəstələr evdə müalicə olunacaq, onda müalicə üçün lazım olan bütün dərmanlar ibütün apteklərdə tapılmalıdır. Vətəndaş onsuz da bu dərmanları öz pulu ilə alacaq. İnanıram ki, həm TƏBİB, həm Səhiyyə Nazirliyi, həm də müvafiq qurumlar bu məsələni ciddi nəzarətdə saxlayacaqlar”. (Modern.az)


Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir











