DİN artıq "Telegram"da

Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyəti barədə “Telegram”dan da məlumatlar əldə edə biləcəklər.
Məlum olduğu kimi, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri dörd ilə yaxındır fəaliyyət göstərir.
Artıq iyulun 28-dən Daxili İşlər Nazirliyinin rəsmi “Telegram” səhifəsi də fəaliyyətə başlayıb, ictimaiyyət və izləyicilər üçün açıqdır.
Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi” (https://t.me/polisazerbaycan) adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











