DİN III MDB Oyunlarında sutkalıq xidmət tətbiq edib - FOTOLAR - VİDEO

III MDB Oyunları zamanı idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri tədbirlər görülüb. Avtosfer.az xəbər verir ki, yarışların keçirildiyi şəhərlərdə nəqliyyatın hərəkəti tənzimlənib, iri tutumlu avtobusların və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün şərait yaradılıb. Oyunların keçirildiyi məkanlarla yanaşı, istirahət obyektləri, restoranlar, otellər və qonaqların sıx toplaşdığı digər yerlərdə də təhlükəsizlik tədbirləri gücləndirilib. Avtobus parkları və xidmət nəqliyyatı DİN əməkdaşlarının 24 saatlıq mühafizəsi altında olub. Xidmətin səmərəli təşkili məqsədilə hər gün keçirilən təlimatlarda şəxsi heyətin vəzifə öhdəliklərinə dair tapşırıqlar verilib. Bütün müraciətlərə operativ reaksiya verilib, idmançıların, qonaqların, azarkeşlərin və nümayəndə heyətlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb.






Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












