Dolu Gədəbəydə 7 evə ziyan vurub

Güclü külək və dolu Gədəbəydə bir sıra fəsadlar törədib. Gədəbəy Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sərt hava şəraiti axşam saat 18:30-dan sonra müşahidə olunub. Ümumilikdə rayon ərazisində 7 evin dam örtüyünə ziyan dəyib: "Ötən axşamdan başlayan sərt hava Gədəbəy şəhərində bir evin, Qaradağ kəndində isə 6 evin dam örtüyünə ziyan vurub. Güclü külək nəticəsində elektrik xətlərinə də ziyan dəyib və bu səbəbdən ötən gecə 47 yaşayış məntəqəsi işıqsız qalmışdı. Ancaq hazırda demək olar ki, bütün evlərə elektrik enerjisinin verilməsi bərpa olunub".
İcra Hakimiyyətindən əlavə edilib ki, sel nəticəsində kəndarası yollara da qismən ziyan dəyib, hazırda bu problem də aradan qaldırılıb: "Kəndlərarası gediş-gəliş yaxşı vəziyyətdədir". (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












