Donmuş ərzaqda koronavirusun qalıb-qalmadığı bəlli oldu

Koronavirus dondurulmuş ərzaq məhsullarında ən azı üç həftə qala bilər. Bu barədə Sinqapur tədqiqatçılarının “Biorxix.org” elmi saytında dərc etdikləri məqalədə bildirilir.
Məqalə müəlliflərinə görə, SARS-CoV-2 virusu beynəlxalq ərzaq ticarəti qaydalarının təsbit etdiyi daşıma şərtləri çərçivəsində hərarətə tab gətirə bilir. Belə ki, standart soyutma hərarəti olan müsbət 4 dərəcədə, yaxud standart dondurulma hərarəti olan mənfi 20 dərəcədə toyuq, qəzəlbalıq, donuz ətinə virus qatıldıqdan 21 gün sonra (standart daşıma müddəti) virusun yoluxma qabiliyyətinin zəifləməsi qeydə alınmayıb.
Müəlliflərin qənaətincə, koronavirusa ərzaqdan yoluxma ehtimalına qarşı tədbirlər qida sənayesində təmizlikdən başlamalıdır. O cümlədən ərzaqla təmasda olan səthlər, ləvazimat və avadanlığın təmizliyinə xüsusi diqqət yetirilməli, işçilər tez-tez əllərini yumalıdırlar.
Xatırladaq ki, bu yaxınlarda Çinə Braziliyadan idxal edilən dondurulmuş toyuq qanadlarında, Ekvadordan gətirilən karidesin paketi üzərində koronavirus tapılmışdı. (“Report” )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











